METAME

Rəqəmsala bir addım
daha yaxın

HAQQIMIZDA

Metame 2012-ci ildən rəqəmsal marketinq sektorunda fasiləsiz fəaliyyət göstərən peşəkar və səriştəli mütəxəssislər komandasıdır. Müxtəlif sənaye sahələrindən olan müştərilərə bazara və trendə uyğun rəqəmsal həllərlə uğurlu nəticələrə çatmağa kömək edirik.

Bazarda aparıcı, qabaqcıl şirkətə, sevilən və yaxşı tanınan brendə çevrilmək istəyirsinizsə, doğru ünvandasınız. Komandamız xəyallarınızı reallığa çevirmək üçün çalışır. Hər bir müştərimizin nailiyyətində bizim də qatqımız var.

Hədəfimiz fərdi yanaşma, kreativlik və rəqəmsal layihələrlə müştəri məmnuniyyətini yüksəltməkdir.

Rəqəmsal dünyada xidmətinizdəyik! Bizimlə əməkdaşlığa başlayın, birlikdə uğur qazanaq!

XİDMƏTLƏR

SMM

Sosial şəbəkələr məhsul və xidməti tanıtmaq, satmaq üçün əla platformadır. SMM xidməti vasitəsi ilə siz minimal resurs sərf edərək daha geniş kütləyə şirkətinizi tanıda və satış həcmini artıra bilərsiniz. SMM xidmətlərinə Facebook, Instagram, YouTube, LinkedIn, TikTok və s. kimi sosial şəbəkələrdən istifadə olunaraq şirkətin, məhsul və xidmətlərin imicinin formalaşdırılması daxildir. Ənənəvi marketinq üsullarından fərqli olaraq sosial media marketinqindən istifadə məqsədləri və imkanları genişdir. SMM vasitəsi ilə siz qısa zamanda daha uğurlu nəticələr əldə edə bilərsiniz. SMM xidmətindən yararlanın, biznesinizi bizimlə inkişaf etdirin!

Brendinq

Eyni müştəriyə hədəflənmiş rəqib şirkətlərdən fərqlənməyin ən uğurlu yollarından biri brendinqdir. Rəqabət şərtlərinin sərt olduğu bir dövrdə brendə malik olmaq böyük bir üstünlükdür. Brendinq Sizin şirkət üçün unikal bir imic yaratmaq, ictimai fikir formalaşdırmaq və tanıtmaq prosesidir. Brend təkcə şirkətin adı və ya loqosu ilə məhdudlaşmır, həm də müştərilərin beynində oyandırdığı fikirləri və hissləri əhatə edir. Fəaliyyət sahənizdə uğurlu bir biznes qurmaq üçün güclü brendə ehtiyacınız varsa, bizə müraciət edin. 11 illik təcrübəmizlə Sizə brendinqin bütün mərhələlərində kömək etməyə hazırıq. Korporativ loqonuzun hazırlanmasından tutmuş rəsmi internet səhifənizin formalaşdırılmasına qədər brend yaratmağın hər sahəsinə xidmətlərimiz mövcuddur.

Peşəkar qrafik dizayn

Rəqabət üstünlüyü qazanmaq və bazar payınızı yüksəltmək üçün peşəkar qrafik dizayn xidmətindən yararlanmağı tövsiyə edirik. Brendiniz üçün unikal loqo, fərqli və cazibədar dizayn nümunələri hazırlanmasından, çöl reklamları üçün banner dizaynına qədər geniş çeşidli xidmət növü əldə edə bilərsiniz.

Foto və video çəkiliş

Bir şəkil min sözü əvəz edir! Həqiqətən belədir. Hətta indi bir video fotoşəkildən daha effektivdir. Belə ki, sosial şəbəkələrdə 60 saniyəyədək video-çarxlarla əla reklam nəticələri əldə edildiyinin şahidi oluruq. Məhz buna görə də hazırda müştərilər daha çox foto və video çəkiliş sifariş edirlər. Komandamızda olan fotoqraf və mobiloqraflar öz peşəkarlığı ilə Sizi yaxşı mənada təəccübləndirməyə hazırdırlar. Çəkilmiş işləri bizim sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz. İndi sifariş edin, çəkilmiş foto və videolar sevilə-sevilə paylaşılsın!

Google reklamları

Müasir müştərilər alış-veriş etməzdən əvvəl məhsul və ya xidmət haqqında araşdırma aparır və axtarış edirlər. Bu axtarışdan istifadə edənlərin əksəriyyəti Google Ads reklamlarına rast gəlirlər. Daha çox potensial müştəriyə çıxmaq üçün Google reklamlar tələb olunursa, bizə müraciət edin!

Facebook + Instagram reklamları

Facebook və Instagram reklamları ilə biznesinizi inkişaf etdirə bilərsiniz. Bu sosial şəbəkələrdə reklam yerləşdirmək, uğurlu nəticələr əldə etmək istəyirsinizsə, bizimlə məsləhətləşin!

Waze reklamları

Waze tətbiqi üzərindən yaxınlıqdakı sürücülərə reklam göstərmək, müştəri cəlb etmək istəyirsinizsə, bizə müraciət edin.

YouTube reklamları

Gün ərzində 30 milyondan çox istifadəçinin ziyarət etdiyi YouTube-da reklam yerləşdirməkdə maraqlısınızsa bizimlə əlaqə saxlayın!

LinkedIn reklamları

Təşkilat və şirkətlərə yönəlmiş LinkedIn reklamları üçün bizimlə əlaqə saxlayın!

Meta verifikasiyası alınması

Facebook və Instagram-da olan istifadəçilər arasında çoxlu sayda fake və bot olan istifadəçilər mövcuddur. Bəzən tanınmış şəxslərin, bizneslərin adından açılmış yalançı profillər vasitəsi ilə dələduzluq edilir, dezinformasiya həyata keçirilir və ya yanlış ictimai fikir formalaşdırılır. Belə hallarla mübarizə aparmaq, real istifadəçiləri təsdiqləmək üçün Meta platforması Facebook və Instagram üçün verifikasiya imkanı təklif edir. Siz müvafiq qaydalara əməl edərək nəzərdə tutulmuş ödənişi həyata keçirməklə öz və ya biznes hesabınız üçün verifikasiya ala bilərsiniz.

Peşəkar motion dizayn

Peşəkar motion dizayn izahedici videoların, mətnlərin, qısametrajlı çarxların, təqdimatların və s. animasiya formasında hazırlanmasını təmin edən sahədir. Biz brendinizi, məhsul və ya xidmətlərinizi hədəf kütlənizə çatdırmaq üçün peşəkar video çarxlar hazırlayırıq. Hazırladığımız videolar həm vizual, həm də səs elementləri baxımından yüksək keyfiyyəti, dinamikliyi ilə seçilir. Hər hansı bir ideyanızı video və animasiya şəklində auditoriyaya çatdırmaq istəyirsinizsə, bizə güvənə bilərsiniz.

İnternet səhifəsi (website) hazırlanması

Şirkətin rəqəmsal dünyada mövcudluğu və onlayn marketinq kampaniyalarının bünövrəsi rəsmi, korporativ internet səhifəsindən başlayır. İnternet səhifəsi (website) şirkətinizin bütün fəaliyyəti, o cümlədən məhsul və xidmətləri haqqında dürüst, ətraflı və güvənilən məlumat yayımlamağa, məkan və zaman fərqi olmadan dünyanın istənilən nöqtəsində internet istifadəçilərinə çatdırmağa şərait yaradan əhəmiyyətli rəqəmsal alətlərdən biridir. Peşəkar komandamız istənilən mürəkkəblikdə internet səhifəsi hazırlamağa kömək edə bilər.

QR menyu

QR (Quick Response-Sürətli Cavab) Kodlar istifadəçiləri web sayta və ya öncədən müəyyən olunmuş linkə yönləndirən 2D formatında skan edilə bilən barkodlardır. Sizə QR kod əsaslı menyu və ya digər vasitələr maraqlıdırsa, bizimlə əlaqə saxlayın!

Çap xidmətləri

Dünyamız nə qədər rəqəmsallaşsa da, hələ də çap işlərinə tələbat var. Flayer, banner, kataloq, buklet, vizit kartlar, rəngli və ya ağ-qara materiallar və s. kimi çap xidmətləri tələb olunduqda tərəddüd etmədən bizimlə əlaqə saxlayın!

İnteryer dizaynı

Biz müştərilərin estetika, funksionallıq və təhlükəsizlik kimi ehtiyaclarına cavab verə biləcək məkanlar dizayn edirik. Bu zaman həm erqonomik, həm də ekoloji cəhətdən zərərsiz materialların istifadəsinə üstünlük veririk. İstənilən mürəkkəblikdə interyer dizaynı üçün dəstək olmağa hazırıq!

MÜŞTƏRİLƏRİMİZ