Statistikaya görə internet istifadəçiləri YouTube-da Facebook və Netflixdə olduğundan daha çox video məzmuna baxırlar. Bir sözlə, istifadəçilər YouTube-u sevir. Məhz bu səbəbdən YouTube ideal reklam sahəsi hesab olunur.
YouTube-u gün ərzində 30 milyondan çox istifadəçi ziyarət edir, bu da marketinq və brendinq üçün kifayət qədər böyük kütlədir. YouTube reklamları Google və Facebook ads kimi platformalardakı reklamlardan müəyyən qədər fərqlənir. Belə ki, YouTube-da istifadəçi reklamı 30 saniyədən çox və ya reklam videosunu tam izlədikdə Siz ödəniş edirsiniz.
Təklif etdiyiniz məhsul və ya xidmətə uyğun məzmunda YouTube kanallarında reklam yerləşdirə bilirsiniz. Bu daha çox geridönüşə səbəb ola bilər. Həmçinin influencer-lərlə də işləmək mümkündür. Məsələn, telefon mağazanızı reklam etmək istəyirsinizsə, telefonlar haqqında video çəkən YouTuber-ə reklam təklifi edə bilərsiniz və o da öz videosunda sizin telefon mağazanızı tərifləyər. Digər platformalara müqayisədə daha uyğun büdcə ilə YouTube vasitəsilə çox geniş auditoriyaya çıxa bilərsiniz.
YouTube reklamları kanalınızın təşviqi və inkişafına şərait yaradır. Bu isə öz növbəsində milyonlarla izləyiciyə biznesiniz barədə məlumat verməyə və brendinizi daha tanınan etməyə imkan verir.
Videoların populyarlığı nə qədər yüksək olsa, o qədər çox potensial müştəri sizin məhsul və ya xidməti ala bilər. Bizim işimiz videonuzun mümkün qədər çox istifadəçi tərəfindən görülməsini təmin etməkdir.
YouTube-da reklam yerləşdirmək asan ola bilər, ancaq reklamın uğurlu olması üçün kifayət qədər bilikləriniz və təcrübəniz olmalıdır. Düzgün formatı seçməli və ilk saniyələrdən izləyiciyə təsir edə bilməlisiniz. Komandamız YouTube-da reklam ilə əlaqəli dəstək olmağa hazırdır.
YouTube-da reklam yerləşdirməkdə maraqlısınızsa bizimlə əlaqə saxlayın!
Bizə yazın