Waze reklamları

Waze hal-hazırda Google şirkətinə məxsus naviqasiya proqramıdır, daha çox icmaya yönəlib və işə salındıqdan sonra 140 milyondan çox istifadəçi toplayıb. İstifadəçilər üçün real zamanda traffik şəraitini digər Waze istifadəçilərindən toplanmış məlumat əsasında təxmin edir.

Waze Android və iOS platformasında çalışan bütün qurğular üçün pulsuzdur. Waze-in qazancı təxminən 130 milyon aylıq aktiv istifadəçiyə göstərdiyi hiperlokal reklamdan gəlir. Məkana görə dəyişən ödənişli reklam imkan verir ki, yerli restoranlar, iaşə və yanacaqdoldurma məntəqələri tətbiqdən istifadə edən yaxınlıqdakı sürücülərə reklam göstərsinlər.

Hal-hazırda müasir avtomobillərdə olan Android Auto və Apple CarPlay kimi proqramlar Android və iOS platformalı smartfonları birbaşa avtomobilin audio/video sisteminə qoşmaq imkanı verdiyindən, sürücülər Waze proqramını daha böyük ekranda izləyə bilirlər.

Siz də öz reklamınızı Waze -də yerləşdirmək istəyirsinizsə, bizə müraciət edin.