Sosial Media Marketinq (SMM)

Adınız – Sizin şəxsi brendinizdir!

Sosial şəbəkələrdə aktiv fəaliyyət imicinizə müsbət təsir göstərir, brendiniz, mal və xidmətləriniz haqqında xoş təəssürat yaradır. Biznes hesabının yaradılması və idarə edilməsində peşəkar yanaşma potensial müştərilərin diqqətini cəlb edir və güvən qazandırır.

Sosial Media Marketinq (SMM) xidmət və məhsulun sosial şəbəkələr üzərindən tanıdılması, kampaniyalar, satışdan sonrakı müştəri dəstəyi və müştəri sədaqəti kimi bir çox üstünlükləri özündə toplayan müasir marketinq formasıdır. SMM son zamanlarda sürətlə inkişaf edən rəqəmsal marketinqin əsas hissələrindən biri olub, brend tanıdılması, online satış, qlobal bazara çıxış üçün ən səmərəli vasitələrdən biridir.

Təcrübə göstərir ki, son zamanlar müştərilər brendlər, məhsul və xidmətlər ilə ilk növbədə sosial şəbəkələrdə tanış olurlar. Brendiniz, məhsul və xidmətlərinizin sosial şəbəkələrdə mövcud olması potensial müştərilərinizin sizi tapmasına və dərhal əlaqə qurmasına imkan yaradır.

Şirkətlərin sosial şəbəkələrdə müştərilər ilə birbaşa ünsiyyətdə olması, feedback toplaması onların müştərilərinə dəyər verməsinin, fikirlərini nəzərə almasının göstəricisi olaraq müştəri loyallığının artmasına gətirib çıxarır. Digər tərəfdən, SMM ənənəvi marketinqdən fərqli olaraq ölçüləbilən, dinamik və daha nəticəlidir.

Sosial şəbəkələr üzərindən etdiyiniz paylaşımlar zamanı potensial müştəriləri internet səhifənizə səmərəli şəkildə yönləndirə bilərsiniz. Bununla hədəf müştəri kütləsi daha dolğun məlumat əldə edir, nəticədə onlar zamanla real müştərinizə çevrilirlər. Bu istiqamətdə rəqəmsal marketinq alətlərinin rolu olduqca əhəmiyyətlidir.

SMM xidməti üçün seçilən strategiya müştərilərinizin sizi daha yaxşı anlaması və sizin çatdırmaq istədiyiniz mesajı innovativ şəkildə ifadə olunmasını təmin edir. SMM xidməti potensial müştərilərinizin diqqətini çəkmək və satış etmək üçün səmərəli yol hesab olunur. Məhsul və xidmətlərinizlə maraqlanan istifadəçilərlə nə qədər çox qarşılıqlı ünsiyyət qursanız, satış etmək şansınız da bir o qədər yüksək olur. Bu zaman onların istəklərini müəyyənləşdirə və təmin edə bilərsiniz. Beləliklə, brendiniz heç bir maneə olmadan daha geniş auditoriyaya çatacaq və rəqəmsal imiciniz formalaşacaqdır.

SMM xidməti aşağıdakı ardıcıllıqla icra olunur:

  1. SMM strategiyasının müştəri ilə razılaşdırılması
  2. Hədəf auditoriyasının seçilməsi
  3. Səhifəniz üçün unikal qrafik dizayn və məzmunun hazırlanması
  4. Reklam büdcəsinin təsdiqlənməsi
  5. Sosial şəbəkənin alqoritminə, trendə, aktivliyə müvafiq paylaşımların icrası
  6. Cəzbedici kampaniyalar və reklamlar
  7. Nəticələrin izlənməsi və təhlili
  8. Aylıq hesabatlar

SMM xidmətlərimizə daxildir:

  • hədəf auditoriyasını cəlb etmək;
  • reklam, faydalı və əyləncəli məzmunun yaradılması;
  • hədəf auditoriysı ilə birbaşa ünsiyyət;
  • lent və stories’ə hədəflənmiş reklam məzmunun yaradılması və idarə olunması;
  • unikal qrafik dizayn yaradılması və peşəkar fotoqraf xidməti.

SMM vasitəsi ilə aşağıdakı üstünlükləri əldə edə bilərsiniz:

  1. Brendinizin geniş kütlə tərəfindən və daha səmərəli tanınması;
  2. Hədəf auditoriyası və potensial müştərilərinizlə müntəzəm qarşılıqlı əlaqə;
  3. Satış və geri-dönüşüm nisbətlərinə müsbət təsir;
  4. Məhsul və ya xidmətləriniz haqqında daha sürətli və asan məzmun paylanması;
  5. İnternet səhifənizin ziyarətçilərinin sürətli artımı;
  6. Sənaye, bazar və rəqiblər haqqında analitik məlumatlar;
  7. Daha geniş və qlobal müştəri qruplarının hədəflənməsi;
  8. Auditoriyanız haqqında məlumat əldə edilməsi və onu daha yaxşı tanımağınız;
  9. Tərəfdaşların cəlb olunması;
  10. Səriştəli və peşəkar əməkdaşların cəlb edilməsi.

Bizimlə SMM xidməti üzrə əməkdaşlığa başlamazdan əvvəl mümkün suallarınıza cavab tapmağınız üçün tez-tez soruşulan sualları və onların cavablarını diqqətinizə təqdim edirik.

SMM aktivliyi neçə müddət davam etməlidir?
SMM əvvəlcədən müəyyən edilmiş strategiyaya uyğun olaraq davamlı olaraq aparılmalı, uğurlu nəticələr əldə olunduqdan sonra belə dayandırılmamalıdır. Sosial mediada aktivlik zəiflədiyi zaman sizin əldə etdiyiniz nəticələr zamanla geriləyir və bir müddət sonra əhəmiyyətini tam itirir.

SMM fəaliyyətini hansı istiqamətdə aparmaq məqsədəuyğundur?
SMM fəaliyyətinizin istiqaməti sizin hədəf kütləniz, satdığımız məhsul və ya xidmət, bazardakı mövqeyiniz, məqsədinizə uyğun olaraq dəyişir. Strategiya hazırlanarkən bu amillər və gündəmdə olan trendlərin nəzərə alınması məqsədəuyğundur.

Hansı sosial şəbəkələrə üstünlük verilməlidir?
Şirkətin bütün sosial şəbəkələrdə tanıdılması vacib hesab olunmur. Siz fəaliyyət göstərəcəyiniz sosial şəbəkəni seçmək üçün potensial müştərilərinizin hansı şəbəkədə daha çox toplaşdığını müəyyən etməli və araşdırma nəticələrinə uyğun olaraq qərar verməlisiniz. Sizin potensial müştəriləriniz olmayan şəbəkələrdə fəaliyyətiniz sizin zaman və maddi itkinizə səbəb ola bilər. Sizə uyğun sosial şəbəkələri müəyyən etmək üçün araşdırma edə və ya öz şirkətiniz üzərində test edə bilərsiniz. Təcrübə göstərir ki, B2B üçün Linkedİn, B2C üçün Facebook, İnstagram, TikTok və s. ən münasib sosial şəbəkə platformalarıdır.

Sosial şəbəkələrdə ödənişli reklam verərkən hansı amillər nəzərə alınmalıdır?
Ödənişli reklamların həyata keçirilməsi ən vacib və diqqət ayrılmalı olan amillərdən biri hesab olunur. Reklamınızın uğurlu olması üçün məhsullarınızı ala biləcək potensial müştərilərinizi müəyyən etməli, onların aktiv olduğu müvafiq sosial şəbəkəni seçməli və auditoriyaya uyğun nəzərəçarpacaq məzmun hazırlamalısınız. Bundan başqa daima dəyişən alqoritm, trend mövzular kimi amillər də reklamınızın səmərəliliyinə və nəticələrə təsir göstərə bilər.

Post plan nədir?
Post planlama həftə və ya ay ərzində paylaşılacaq postların sayını və məzmununu bildirir. Paylaşılacaq postların dizaynı və mətni SMM komandası tərəfindən öncədən hazırlanaraq təsdiq olunması üçün müştəriyə təqdim edilir.

Sosial Şəbəkədə olan səhifəyə yazılan şərhlər kim tərəfindən cavablandırılır?
Bütün hallarda müştərinin səlahiyyətli əməkdaşı şərhlərə peşəkar, dolğun, dürüst cavab verə bilər. SMM komandası yalnız standart suallara müştəri tərəfindən təqdim edilmiş sual-cavab bazası əsasında cavablar təqdim edə bilər. Bütün bu məsələlər əvvəlcədən müzakirə edilir və razılaşdırılır.

SMM xidmətinin minimal-maksimal müddəti nə qədərdir?
SMM xidmətinin müddəti müştəri ilə SMM agentliyi arasında əvvəlcədən razılaşdırılır. Bu müddət müştərinin istəyinə bağlı olaraq müəyyənləşdirilir. İlkin nəticə əldə etmək üçün minimum 3 ay SMM xidməti tövsiyə edilir. Bundan sonra nəticədən asılı olaraq SMM xidmətinin davamlı həyata keçirilməsi məqsədəuyğundur.

Bəzən şirkətlər bir nəfər SMM əməkdaşı işə götürməklə SMM istiqamətini tam idarə edəcəklərini düşünürlər. Lakin bu belə deyil. Peşəkar SMM fəaliyyətində ortalama 6-10 nəfərdən ibarət komanda iştirak edir.

SMM və ya Account menecer – əsas vəzifə öhdəlikləri hazır postları əvvəlcədən müştəri ilə razılaşdırılmış ardıcıllıq və qrafik üzrə vaxtında paylaşmaq, şərhlərin vaxtında cavablandırıldığına nəzarət etmək, rəqib səhifələrdə baş verən dəyişikliklər barədə komandanın digər üzvlərini məlumatlandırmaqdan ibarətdir. Həmin şəxs paralel olaraq müştəri ilə şirkət arasında olan münasibətləri də idarə edir.

Kopirayter – əsas vəzifə öhdəlikləri faydalı, marketinq elementli mətnlər, o cümlədən cəlbedici çağırışlar hazırlamaqdır. Kopirayter görmək istədiyi vizualı sözlərlə dizaynerə təqdim edir. Dizayner isə öz növbəsində onu reallaşdırmağa çalışır.

Qrafik Dizayner – əsas vəzifə öhdəlikləri təqdim edilmiş briflər və mətnlər əsasında göz oxşayan, müasir, səliqəli, keyfiyyətli müvafiq qrafik dizaynlar hazırlamaqdır. Müştərinin istəyindən asılı olaraq əlaqəli düzəliş və dəyişikliklər etməsi tələb oluna bilər.

Reklam və hesabat meneceri – əsas vəzifə öhdəlikləri verilmiş tapşırığa əsasən postu reklama qoymaq, büdcəni effektiv idarə etmək, az xərcləməklə postu daha çox istifadəçinin göstərməsini təmin etməkdir. Bunun üçün o sosial şəbəkələrdə olan bütün trendləri izləyib büdcələrə dəyişiklik edir. Bundan əlavə hər səhifə üzrə aylıq müqayisəli hesabatları hazırlayır. İşlərin həcmindən asılı olaraq reklam və hesabat menecerləri ayrı ola bilər.

Targetoloq – əsas vəzifə öhdəlikləri müştərinin təqdim etdiyi istəklər, sənaye sahəsi, sosial şəbəkələrin imkanları arasında hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsidir. Düz seçilmiş hədəf kütləsi uğurun başlanğıcıdır.

QA menecer – (Q – question, A – answer) – əsas vəzifə öhdəlikləri suallara cavab verməkdir. QA menecer üzərinə düşən səhifələrdə istifadəçilərin müvafiq, əlaqəli suallarını cavablandırır. İstifadəçilər tərəfindən tez-tez və ən çox verilən suallar bazasını yaradır və yeniləyir. Şərhlərin cavablandırılması adətən həftə içi və iş saatlarını əhatə edir. Müştəri iş vaxtından sonra və ya həftəsonları cavablandırma istədiyi təqdirdə, əlavə ödəniş əsasında night və weekend menecerlər işə cəlb olunurlar.

Story menecer – əsas vəzifə öhdəlikləri facebook və instagramın “story” bölməsi üçün maraqlı görüntülər çəkməkdir. Story menecer əsasən otel, restoran, xidmət sektoru və s. sahələrdən olan müştərilərlə iş zamanı daha çox tələb olunur. Bu əməkdaş müştərinin ərazisini ziyarət edir, yerində maraqlı material toplayır və hissə-hissə paylaşır ki, səhifənin story hissəsi boş qalmasın.

Mobiloqraf – əsas vəzifə öhdəlikləri müasir smartfonla peşəkar videoçəkilişlər etmək, onu trendə uyğun keçidlər, musiqilərlə montajını həyata keçirmək və müştəriyə təqdim etməkdir. Bütün reels videolar əsasən mobiloqraflar tərəfindən çəkilən videolardan ibarət olması məqsədəuyğundur.

Peşəkar fotoqraf – əsas vəzifə öhdəlikləri müştərinin məhsul və ya xidmətlərinin peşəkar fotoşəkillərinin çəkilişi, montajı, rəng korreksiyasıdır. Çəkilmiş fotoşəkillər müştəriyə təqdim edilir, müştəri bəyənib seçdiyi fotolar zövqlə işlənib hazırlanır.

Motion designer – əsas vəzifə öhdəlikləri izahedici videoların, mətnlərin, qısametrajlı çarxların, təqdimatların və s. animasiya formasında hazırlanmasıdır. Motion Designer həmçinin kadrlara video-operator və rejissor gözü ilə baxmağı bacarmalıdır. Əlavə olaraq, yaradıcı olmaq, verilən tapşırıqları vaxtında və səlis olaraq yerinə yetirməlidir.

Data analitik – əsas vəzifə öhdəlikləri SMM fəaliyyəti ilə əlaqəli bütün dataları, KPİ-ları toplamaq, təhlil etmək, vizuallaşdırmaq və trendləri hesabat şəklində müştəriyə izah etməkdir.

SMM xidmətləri üzrə bizimlə əməkdaşlığa dəvət edirik. Əməkdaşlığımız zamanı zəmanət veririk:

  • Keyfiyyətli xidmət;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Dürüstlük;
  • Konfidensiallıq;
  • Nəticə yönümlülük.