Komandamız gəlirin və rəqabət qabiliyyətinin artmasına töhfə verən internet səhifələrinin hazırlanması üzrə xidmət göstərir. Əməkdaşlarımız uzun illərdir ki, bu sahədə işləyir, ona görə də bizdə istənilən mürəkkəblikdə internet səhifəsi sifariş edə bilərsiniz. Səhifənizin hazırlanması prosesində mütəxəssislərimiz sizin işgüzar fəaliyyətin xüsusiyyətlərini hərtərəfli təhlil edir və öyrənir, ən yaxın rəqibləri izləyir, tələb və istəklərinizə maksimal cavab verən unikal struktur hazırlayır. İnternet səhifəsinin hazırlanmasına inteqrasiya olunmuş yanaşma işimizi yüksək peşəkar səviyyədə yerinə yetirmək imkanı verir.
Korporativ fəaliyyət, xidmət və məhsullar haqqında məzmun və ya onların satışı, reklam və kampaniyalar kimi əhəmiyyətli məlumatlar müştərilərə internet səhifəsi üzərindən ötürülür. İnternet səhifəsində qura biləcəyiniz geniş imkanlar vasitəsi ilə təqdim edilən xidmətləri avtomatlaşdıra, məhsul və xidmətlərin onlayn satışını həyata keçirə bilərsiniz. Demək olar ki, bütün sənaye sahələrində fəaliyyət göstərən şirkətlər öz xidmətlərini internet istifadəçilərinə onlayn olaraq məsafədən təqdim edə bilirlər. İnternet səhifəsi nə qədər müasir, funksional, yeniliklərlə, faydalı və maraqlı məzmunla zəngin olsa, istifadəçilər üçün brendinizin dəyəri bir o qədər yüksələcəkdir.
Aşağıdakı xidmətləri təklif edirik:
Davamlı müşayiət və texniki dəstək.
Müştərinin arzusundan asılı olaraq aşağıdakı tiplərdən biri və ya bir neçəsi seçilə bilər:
Korporativ sayt – Sizin şirkətin rəsmi internet səhifəsidir. Peşəkar şəkildə hazırlanmış korporativ sayt şirkətin fəaliyyəti, məhsul və xidmətlər haqqında məlumatı özündə əks etdirə bilər. Bütün internet istifadəçilərinin 95% internet səhifələrinə mobil telefon vasitəsilə daxil olduğundan hazırlanacaq səhifənin adaptiv və responsiv olması məqsədəuyğundur.
Onlayn Mağaza səhifəsi– Onlayn alış-veriş səhifəsi peşəkar tərtibat və geniş funksionallığın məcmusudur. Online ödəniş edilməsi, alış-veriş səbəti, sifarişlərin təqib edilməsi, müştərilərin sorğularının rahat cavablandırılması Online Mağazanın standart funksiyalarıdır.
Promo səhifə – seçilmiş məhsul və ya xidmətin reklam kampaniyası zamanı aktiv istifadə edilən müstəqil səhifə və ya korporativ səhifənin bir hissəsidir. Kampaniya dövründə əsas korporativ sayta çox güc düşməsin deyə kütləvi daxil olmaq istəyən istifadəçilər məhz promo səhifəyə yönəldilirlər.
Landing Page – Səriştəli hazırlanmış bir səhifəlik landing page hər hansı bir məhsul və ya xidmətiniz haqqında tam məlumat saxlayır və onun online satışına müsbət təsir edir.
Bloq – əgər Siz müəyyən istiqamət və sahə üzrə davamlı olaraq faydalı məlumatlar paylaşırsınızsa, deməli bloq istifadə etməyiniz məqsədəuyğundur.
Rəqəmsal dünyada ilk addım internet səhifəsindən başlayır. Peşəkar komanda, fərdi yanaşma və münasib qiymətlər üçün bizə müraciət edin!
Bizə yazın