Facebook və Instagram-da olan istifadəçilər arasında çoxlu sayda fake və bot olan istifadəçilər mövcuddur. Bəzən tanınmış şəxslərin, bizneslərin adından açılmış yalançı profillər vasitəsi ilə dələduzluq edilir, dezinformasiya həyata keçirilir və ya yanlış ictimai fikir formalaşdırılır.
Belə hallarla mübarizə aparmaq, real istifadəçiləri təsdiqləmək üçün Meta platforması Facebook və Instagram üçün verifikasiya imkanı təklif edir. Siz müvafiq qaydalara əməl edərək nəzərdə tutulmuş ödənişi həyata keçirməklə öz və ya biznes hesabınız üçün verifikasiya ala bilərsiniz.