Bu gün sosial şəbəkələr hər hansı markanın təşviqi üçün ən güclü mexanizmlərdən biridir.
Facebook və Instagram reklamları markanızı tanıtmaq, satışı artırmaq üçün əla bir yoldur. Düzgün marketinq strategiyası ilə daha geniş auditoriyaya çata və brendinizi inkişaf etdirə bilərsiniz.
Facebook servis və tətbiqlərdə istifadəçi davranışlarını real zamanda təhlil edir. Bundan başqa sistem “Facebook pixel” texnologiyasından istifadə edir ki, bu da reklamı müştərinin səhifəsinə daxil olan və ya onun tətbiqdən istifadə edən istifadəçilərə göstərilir.
Facebookda reklam verməyin ən müsbət cəhətlərindən biri də Facebook-un “Look-alike” alətidir. Artıq yaradılmış auditoriyanın xüsusiyyətlərinə əsasən sistem potensial müştərilərə müvafiq reklamı göstərir.
Facebookda yerləşdirilmiş reklam kampaniyası müvafiq hədəf kütləsinə müraciət etməyə imkan verir.
Hər hansı bir reklam kampaniyasına başlamaq üçün hədəf seçilməlidir. Reklam verən müştəri öz hədəf kütləsini yaşa, məkana, maraq dairəsinə görə hədəfləyə bilirlər.
Facebook reklamları ilə bağlı düzgün strategiya qurmaq üçün reklam kampaniyasının məqsədini müəyyənləşdirmək və ona müvafiq olaraq reklam strategiyası seçmək tövsiyə olunur. Əgər müəyyən demoqrafik təbəqədən olan istifadəçilərin reklamları görməsini istəyirsinizsə, həmin təbəqələri hədəfləmək məqsədəuyğundur. Digər tərəfdən müəyyən ərazilərdən və ya aidiyyəti marağı olan istifadəçilərin reklamları görməsini arzulayırsınızsa, əlaqədar açar sözlər istifadə etmək faydalıdır. Bundan əlavə, geri dönüş məqsədi də təyin etmək mümkündür. Bu halda istifadəçilər reklamı klikləyərək müvafiq tapşırıq yerinə yetirirlər.
Əgər hədəf kütləsinə çatmaq istəyirsinizsə, üç milyarda yaxın istifadəçisi olan Facebook sizin üçün ən uyğun sosial şəbəkədir. Belə bir auditoriyaya ilə Facebook məhsul və ya xidməti reklam etmək və hədəf bazarınıza çatmaq üçün ideal bir platformadır.
Instagram şirkətlərə müxtəlif marketinq imkanları təklif edir. Instagram reklamları brend tanıdılması və satışı artırmaq üçün əla bir vasitədir. Xüsusi auditoriya hədəfləmək, məhsulları tanıtmaq və ya Instagram-da daha çox izləyici əldə etmək məqsədilə kampaniyalar keçirmək üçün reklamları istifadə edə bilərsiniz.
Potensial müştəriləri cəlb etmək üçün coğrafiya, yaş, cins, maraqlar və s. xüsusiyyətlərə görə Instagram reklamlarını təşkil edə bilərsiniz. Instagram reklamlarında da ancaq klik edilən reklama görə pul ödəyirsiniz.
Onu da qeyd etmək lazımdır ki, Instagram mobil platformadır, yəni burada olan reklamları yalnız mobil tətbiq və ya Instagram səhifəsi olan şirkətlər üçün əlçatandır.
Instagram-da uğur qazanmaq üçün hər şeydən əvvəl bir strategiyanın olması vacibdir. Düzgün Instagram reklamı strategiyası üçün marketinq məqsədi nəzərə alınmalıdır: məlumatlılıq (awareness), nəzərdən keçirmə (considiration) və geridönüş (conversion). Məsələn, brend tanıdılmasını artırmaq üçün məlumatlılıq strategiyasını seçə bilərsiniz.
Strategiyadan başqa Instagram reklamları hazırlayarkən başlıq, heşteqlər və fotoşəkil kimi bir çox amili də nəzərə almaq mütləqdir.
Instagram-da reklam digər sosial şəbəkələrə nisbətən daha ucuz başa gəlir. Əsas səbəb rəqabətin aşağı olmasıdır. Eyni zamanda hədəf auditoriya Instagram-da daha dəqiq müəyyən edilə bilir və səhifə abunəçilərin təxminən 40% -ni təşkil edir. Statistikaya görə, Instagram istifadəçiləri reklam yayımına digər postlara nisbətən 2,5 dəfə daha çox klikləyirlər. Həm də digər sosial şəbəkələrin istifadəçiləri ilə müqayisədə daha çox aktivlik göstərirlər.
Əgər izləyicilərnizlə daha çox birbaşa əlaqə qurmaq istəyirsinizsə, Instagram-ın reklam platformasını seçmək daha məqsədəuyğundur, çünki Instagram birbaşa telefonunuzdan şəkil və videolar paylaşmağa imkan verir. Instagram qarşılıqlı əlaqənin ən yüksək səviyyədə olduğu sosial şəbəkə platformalarından biridir.
Facebook və ya Instagram reklam növünə üstünlük verəcəyi müştərinin marketinq məqsədindən asılıdır.
Facebook və Instagram reklamları yerləşdirmək, uğurlu nəticələr əldə etmək istəyirsinizsə, bizimlə məsləhətləşin!
Bizə yazın