Rəqəmsal marketinqdə geniş istifadə olunan müasir vasitələrdən biri də Google reklamlarıdır. Burada istifadə olunan yanaşma Hər Klikə Görə Ödəmə (Pay Per Click) – dir. Google reklamlarının axtarış sistemləri, təsvir, video, alış-veriş və mobil reklamlar kimi fərqli növləri mövcuddur.
Adətən ənənəvi marketinq zamanı həyata keçirilən kampaniyalarda şirkətlər reklam nəticəsini və büdcənin səmərəliliyini dəqiq ölçə bilmirlər. Yəni satışın hansı səbəbdən, istiqamətdən gəldiyi dəqiq olaraq məlum olmur. Google reklamları ilə reklam xərclərini və nəticədə nə qədər gəlir əldə edildiyini ölçmək üçün lazım olan bütün hesabatlar müştəriyə təqdim edilir.
Google reklamları ilə istənilən vaxt reklamın performansına nəzər yetirmək, statistikalara baxmaq və reklam ilə əlaqədar zəruri dəyişiklik və ya düzəlişlər etmək mümkündür. Bu sistem reklam ilə əlaqədar bütün hesabatları (baxılma sayı, websayta yönəltmələr, mobil zənglər və s.) təqdim edir.
Google reklamından istifadə edən müştərilər ödənişi yalnız reklama klik olunduğu zaman həyata keçirirlər. Reklam büdcəsinin hansı fəaliyyət üçün xərclənməsi müştərinin istəyindən asılıdır. Eləcə də reklam kampaniyasını ölkə və şəhərlərə görə hədəfləyə, xidmət göstəriləcək ərazidən müəyyən məsafədə əraziləri seçə, müxtəlif hədəf qruplarına bölərək büdcəyə qənaət edə bilərsiniz.
Google reklamlar üzrə bu xidmətləri təklif edirik:
Daha çox potensial müştəriyə çıxmaq üçün Google reklamlar tələb olunursa, bizə müraciət edin!
Bizə yazın